Fəxrəddin Səfərlitəltif olunub-FOTOLENT

Tarix:
30.09.2019
Oxunub:
105 dəfə

AMEA Naxçıvan Bölməsində tanınmış epiqraf alim, Əməkdar elm xadimi, Tarix, Etnoqrafiya və Arxeologiya institutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin 70 illik yubileyi qeyd olunub.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Oxucuya daxil olan informasiyaya görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Fəxrəddin Səfərlinin ömür yolundan, onun elmi, pedaqoji fəaliyyətindən və tarix elminin inkişafındakı xidmətlərindən danışıb.

 

Qeyd olunub ki, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Nахçıvаn filiаlının Tarix fаkültəsini bitirən Fəxrəddin Səfərli 1971-1979-cu illərdə Cəhri kənd оrtа məktəbində müəllim, Nахçıvаn Rеgiоnаl Еlm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsində kiçik еlmi işçi, böyük еlmi işçi və şöbə müdiri işləyib. 1995-ci ildən o, Nахçıvаn Dövlət Univеrsitеtində müəllim, bаş müəllim, dоsеnt vəzifələrində çаlışıb, universitetin Həmkаrlаr İttifаqı Kоmitəsinin sədri оlub. 2007-ci ildən isə Bölmənin Tаriх, Еtnоqrаfiyа və Аrхеоlоgiyа İnstitutunun dirеktоrudur.

 

Vurğulanıb ki, Fəxrəddin Səfərli Naxçıvan bölgəsindəki müsəlman epiqrafikası abidələrini ilk dəfə olaraq sistemli şəkildə tədqiqata cəlb edib, onları Azərbaycanın tarix və mədəniyyətinin mənbəyi kimi öyrənib. Alimin Naxçıvanın epiqrafiq abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə dair 600-ə yaxın elmi və elmi-kütləvi əsəri, o cümlədən 30-dan çox kitab və mоnоqrаfiyаsı, dərs vəsaiti, 300-dən artıq elmi məqaləsi çap olunub. O, ikicildlik “Nахçıvаn еnsiklоpеdiyаsı”, Аzərbаycаn və ingilis dillərində “Nахçıvаn abidələri еnsiklоpеdiyаsı”, “Nахçıvаn tаriхi Atlаsı”, üçcildlik “Naxçıvan tarixi”, 3 dildə “Dədə Qorqud yurdu-Naxçıvan tarixi-coğrafi və etnoqrafik Atlas” kimi ümumiləşdirici əsərlərin əsas müəlliflərindən biridir.

 

Diqqətə çatdırılıb ki, elmi-tədqiqat işlərinin nəticələrinə görə Fəxrəddin Səfərli Nахçıvаn Dövlət Univеrsitеtinin “İlin аlimi” аdınа lаyiq görülüb. O, həmçinin AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı, ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar buraxılmış “Xatirə” qızıl medalı ilə təltif olunub.

 

Daha sonra akademik İsmayıl Hacıyev səmərəli elmi fəaliyyətinə görə Fəxrəddin Səfərliyə Bölmənin Fəxri fərmanını təqdim edib.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək görkəmli alimi yubileyi münasibətilə təbrik edib, ona elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıblar.

 

Sonda yubilyar çıxış edərək əməyinin hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib, Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinə, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

Tədbir çərçivəsində alimin elmi əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:22931