Ermənistanda 4 hərbi yük maşını toqquşub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Bölmə:
Dünya ›
Tarix:
30.09.2019
Oxunub:
110 dəfə

Ermənistanda 4 hərbi yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

 

"Oxucu" informasiya verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

 

Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.

 

Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 "KamAZ" və 1 "ZİL" markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus "KamAZ"-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur.

 

Qəzanın səbəbi araşdırılır.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:41747