Polisə şantaj edirdiyini bildirdi

Bölmə:
Hadisə ›
Tarix:
27.09.2019
Oxunub:
123 dəfə

Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

 

Oxucu DİN-ə istinadən informasiya verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

 

RPİ-də araşdırma aparılır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:92728