Keçmiş məhkum öldürüldü

Bölmə:
Hadisə ›
Tarix:
27.09.2019
Oxunub:
119 dəfə

Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

 

Oxucu DİN-ə istinadən informasiya verir ki, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:71195