Riyaz Sarıkahya yenidən başkan seçildi

Bölmə:
Dünya ›
Tarix:
25.09.2019
Oxunub:
118 dəfə

Türkməneli Partiyasnın qurultayı keçirilib


 

Riyaz Sarıkahya yenidən başkan seçildi - Türkməneli Partiyasnın qurultayı keçirilibİraq türkmənlərinin mənəvi lideri, ölkənin tanınmış ictimai, siyasi xadimi Riyaz Sarıkahya yenidən İraq Türkməneli Partiyasının başkanı seçilib.

 

"Oxucu" informasiya verir ki, partiyanın məlumatına görə, dünən Kərkükdə Türkməneli Partiyasının növbəti VI qurultayı keçirilib. Qurultayda Türkməneli bölgəsindən 500-ə yaxın nümayəndə iştirak edib. Əsasən partiyanın başkanlığı, nizamnaməyə dəyişikliklər, fəaliyyət istiqamətləri və təşkilati məsələlərə baxılıb. Riyaz Sarıkahya yekdilliklə yenidən partiyanın başkanı seçilib.

 

Riyaz Sarıkahya yenidən başkan seçildi - Türkməneli Partiyasnın qurultayı keçirilib

 

Daha sonra partiyanın nizamnaməsində bir sıra dəyişikliklər və əlavələr edilib. Buna da səbəb partiyanın fəaliyyətini gücləndirmək və genişləndirmək olub. Nizamnaməyə edilən dəyişikliklər qəbul olunub. Qurultayda Türkməneli Partiyasının siyasi fəaliyyət və istiqamətlərinə də baxılıb. Partiyanın siyasi kursunun təkmilləşdirilməsi qərara alınıb. Qurultayda partiyanın bəzi strukturlarında dəyişikliklərlə bağlı qərarlar da qəbul olunub.

 

Riyaz Sarıkahya yenidən başkan seçildi - Türkməneli Partiyasnın qurultayı keçirilib

 

Ənənəyə uyğun olaraq partiyanın qurultayından sonra Türkməneli Partiyası ilə əməkdaşlıq edən xarici və ölkə daxili siyasi qüvvələrin liderləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ölkənin tanınmış ictimai, siyasi xadimləri Riyaz Sarıkahyanı təbrik etmək məqsədilə qərargaha təşrif buyuracaqlar.

 

Mənbə: Avrasiya.net

Yoxlama kodu:98522