UEFA Azərbaycanı C liqasına yüksəldib

Bölmə:
İdman ›
Tarix:
25.09.2019
Oxunub:
120 dəfə

UEFA Millətlər Liqasının formatını dəyişib.

 

"Oxucuinformasiya verir ki, qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm D liqasında çıxış edən Azərbaycan bu dəfə C liqasında mübarizə aparacaq.

 

Bundan başqa, 2020-21 mövsümündə A, B, C liqasının hərəsində 16 komanda mübarizə aparacaq. D liqasında isə ən zəif 7 yığma çıxış edəcək. Liqaların tərkibi aşağıda qeyd olunan kimidir:

 

A liqası: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

 

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

 

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldaviya

 

D liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

 

Xatırladaq ki, 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.

 

Mənbə: Qol.az

Yoxlama kodu:72632