Bakı Uşaq Teatrı Beynəlxalq festivala gedir

Tarix:
23.09.2019
Oxunub:
101 dəfə

Bakı Uşaq Teatrı Rusiya federasiyasının Kalmıkiya vilayətində keçiriləcək II Beynəlxalq Uşaq və Yeniyetmələr üçün tamaşalar “Keeda” festivalına dəvət alıb.

 

Teatrdan Oxucuya daxil olan informasiyaya görə, 25- 30 sentyabr tarixlərində Elista şəhərində keçiriləcək festivalda Bakı Uşaq Teatrı milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

 

Tamaşada uşaqlara ədalətli olmaq kimi gözəl duyğular aşılanır. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur.

 

Tamaşada istifadə olunmuş milli geyimlər, milli musiqi və rəqslər onu daha da baxımlı edir.      

 

Quruluşçu rejissor İntiqam-Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:24573