Bu gün “Qarabağ” “Sevilya”nı qəbul edəcək

Bölmə:
İdman ›
Tarix:
19.09.2019
Oxunub:
65 dəfə

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.

 

"Oxucu" informasiya verir ki, rəqib İspaniyanın “Sevilya” klubudur. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.

 

Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

 

“Qarabağ” 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Lakin Qurban Qurbanovun yetirmələri indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

 

“Sevilya” isə UEFA Avropa Liqası turnirinin rekordçusudur. Andalusiya təmsilçisi 6-cı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:94176