Maia “Beşiktaş”ın təklifini rədd edib

Bölmə:
İdman ›
Tarix:
29.08.2019
Oxunub:
179 dəfə

Fransanın “Lill” klubunun braziliyalı futbolçusu Thiago Maia “Beşiktaş”ın təklifini rədd edib.

 

Oxucu informasiya verir ki, bu barədə futbolçunun meneceri məlumat verib.

 

Braziliyalı ön liberonun atası Joel Maia isə Avropada transfer pəncərəsinin bağlanacağı 1 sentyabra qədər hər şeyin aydın olacağını bildirib: “Oğlumun “Beşiktaş”dan təklif aldığı doğrudur. Hazırda dəqiq bir şey yoxdur. Avropada transfer pəncərəsinin bağlanacağı 1 sentyabra qədər nələr olacağını birlikdə görəcəyik”.

 

Mənbə: Kanal İdman

Yoxlama kodu:87455