Pakistan “Qəznəvi” ballistik raketinin sınağını keçirib

Bölmə:
Dünya ›
Tarix:
29.08.2019
Oxunub:
76 dəfə

Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur bildirib ki, İslamabad “Qəznəvi” ballistik raketinin sınağını keçirib.

 

"Oxucu" informasiya verir ki, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı rəsmi məlumatda raketin sınaq buraxılışının avqustun 28-dən 29-na keçən gecə həyata keçirildiyi bildirilir. Qeyd olunub ki, “Qəznəvi” döyüş başlıqlarını 290 kilometr məsafədəki hədəfə çatdırmağa qadirdir.

 

Pakistanın Baş Naziri İmran Xan raketin uğurlu sınağına görə hərbçilərə təşəkkürünü bildirib və pakistanlıları təbrik edib.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:62496