"Neftçi" "Bney Yehuda"ya qarşı

Bölmə:
İdman ›
Tarix:
15.08.2019
Oxunub:
83 dəfə

"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

 

"Oxucu" informasiya verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb - 2:2. "Neftçi" səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.

 

Qeyd edək ki, "Neftçi” "Bney Yehuda”  səddini keçəcəyi halda, pley-off-da "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust

 

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

 

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi"
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua 
İlk oyun - 2:2

 

Mənbə: Qol.az

Yoxlama kodu:70378