artilleriya və minaatan bölmələrimiz döyüşə hazırdır-VİDEO - FOTOLENT

Bölmə:
Hərbi ›
Tarix:
14.08.2019
Oxunub:
143 dəfə

Əlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri yoxlanılıb


 

Əlahiddə Ümumqoşun Orduda birinci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb. Yoxlama zamanı “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.

 

"Oxucu" Müdafiə Nazirliyinə istinadən informasiya verir ki, atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər.

 

Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Mənbə: Oxucu.info

Yoxlama kodu:80527