Çörək sexində yanğın söndürülüb

Bölmə:
Hadisə ›
Tarix:
09.08.2019
Oxunub:
134 dəfə

Tovuz rayonunda ümumi sahəsi 600 m² olan çörəkbişirmə sexinin yanar konstruksiyaları və dam örtüyü 150 m² sahədə, içərisində olan 2 ədəd çörəkbişirən qurğu, sexə bitişik ümumi sahəsi 70 m² olan birmərtəbəli çay evinin dam örtüyünün yanar konstruksiyaları və lambirindən ibarət tavanı 5 m² sahədə yanıb.

 

Oxucu FHN-ə istinadən informasiya verir ki, sexin, çay evinin qalan hissəsi və bitişik müxtəlif təyinatlı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:70349
Müharibə elan edildi 11:56 07 Oct 2019