Sərhədimizi pozan gürcüstanlı saxlanıldı

Bölmə:
Hərbi ›
Tarix:
08.08.2019
Oxunub:
19 dəfə

07 avqust tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.

 

“Oxucu” informasiya verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlmatın yayıb.

 

Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:70774