YAP Şərur Rayon Təşkilatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib

Bölmə:
Siyasət ›
Tarix:
07.08.2019
Oxunub:
28 dəfə

Bu gün Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

 

Oxucu informasiya verir ki, yığıncağa YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev sədrlik edib.

 

İdarə Heyətinin yığıncağında ilk partiya təşkilatlarının qəbullar haqda qərarlarının təsdiq olunması, ilk partiya təşkilat sədrlərinin hesabatlarının dinlənilməsi və cari məsələlər daxil olmaqla 3 məsələyə baxılıb.

 

İdarə Heyətinin yığıncağında ilk partiya təşkilatlarından YAP sıralarına üzv olmaq üçün müraciət etmiş 11 nəfər gənc namizədin ərizələrinə baxılıb. Heyət üzvləri müraciət etmiş namizədlərə siyasi hazırlıqları ilə bağlı, partiyanın proqram və nizamnaməsi ilə əlaqəli geniş suallar veriblər. İdarə Heyətinin qərarına əsasən iddiaçıların suallara verdikləri cavablar qənaətbəxş hesab olunub və partiya sıralarına qəbulu təsdiqlənib.

 

Yığıncaqda Təşkilat sədrlərinin hesabatları dinlənilib. Cari məsələ kimi Əmir Babayev İdarə Heyəti üzvlərinə görülmüş işlər, qarşıda duran vəzifələrlə bağlı məlumat verib və öz tapşırıqlarını bildirib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:43370