İran Azərbaycan vasitə ilə Avropaya birləşəcək

Tarix:
07.08.2019
Oxunub:
26 dəfə

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək.

 

"Oxucu" informasiya verir ki, bunu İran parlamentinin Abadlıq komissiyasının üzvü Hüseyn Əfzəli parlamentin informasiya portalına (icana) verdiyi açıqlamada deyib.

 

H.Əfzəlinin sözlərinə görə, Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi çox əhəmiyyətlidir.

 

Əfzəli əlavə edib ki, Azərbaycan Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi ilə bağlı investisiyasının yarısını təmin edəcək. Bu isə dəmiryolunun çəkilməsi prosesini daha da sürətləndirəcək: “Bu dəmiryolu Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsində və İranın iqtisadi inkişafında çox zəruridir. Bu istiqamətdə hökumət və parlament dəqiq proqram tənzimləməli və böyük investisiyanı nəzərdə tutmalıdır”.

 

İranlı parlamentari bildirib ki, bu dəmiryolunun fəaliyyətə başlaması ilə Xəzər dənizi praktiki olaraq Fars körfəzinə birləşəcək.

 

Mənbə: "Report"

Yoxlama kodu:56082