Ancelina Coli: İradəsi olan qadından daha cəlbedici bir şey yoxdur-FOTOLENT

Tarix:
06.08.2019
Oxunub:
240 dəfə

44 yaşlı aktrisa Ancelina Coli Amerikanın “Elle” jurnalı üçün kamera qarşısına keçib.

 

"Oxucu" informasiya verir ki, aktrisa qlamur geyimlərdə iki qara böyük itlə birlikdə fotoqraflara poza verib. Yeri gəlmişkən, itlərdən biri Ancelina Colinin sevimli ev heyvanıdır.

 

Nəşrin redaktorlarına verdiyi müsahibədə Ancelina müasir cəmiyyətdə qadınların sıxışdırılmasına münasibətini bildirib. Coli əmindir ki, bu gün bir çox qadına Salem cadugərləri kimi davranırlar.

 

“Çağdaş dünyamıza baxdıqda, özümüzdən soruşmalıyıq: niyə insanlar qadınları ikinci planda saxlamaq üçün bu qədər səy sərf edirlər? İndi qaydalara və kodlara əməl etməyə razı olmadığı üçün bir çox qadın ifritə hesab olunur. Səslərindən və hüquqlarından imtina etməyən qadınlar ölüm, həbs və ümumbəşəri qınaq təhlükəsi altındadır. Əgər bu həqiqətən pisdirsə, onda dünyamızın belə "ifritələr"ə daha çox ehtiyacı var”.

 

Coli müsahibəsində 6 uşağını hansı tərbiyə prinsipləri altında böyütməsi barədə də danışıb.

 

“Tez-tez qızlarıma deyirəm ki, ən başlıcası zehni inkişaf etdirməkdir. Həmişə gözəl bir paltar geyə bilərsiniz, ancaq içiniz boşdursa, zahiri görkəminiz heç bir rol oynamayacaq. Müstəqil iradəsi və öz fikri olan bir qadından daha cəlbedici bir şey yoxdur” , - deyə Coli qeyd edib.

 

Coli qadınların öz hüquqları uğrunda mübarizə aparmalarının və ümumiyyətlə qəbul edilmiş prinsiplərə qarşı çıxmalarının çətin olduğunu etiraf edib, çünki onlarda instinktiv olaraq özlərini tərbiyə etmək və cəmiyyətin gözləntilərinə uyğunlaşmaq ehtiyacı var.

 

Mənbə: Publika.az

Yoxlama kodu:13544