Çindən ABŞ-a CİDDİ ZƏRBƏ: müharibə yenidən alovlandı

Bölmə:
Dünya ›
Tarix:
06.08.2019
Oxunub:
271 dəfə

Çin ABŞ-dan kənd təsərrüfatı mallarının idxalını dayandırıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə Çin Ticarət Nazirliyi informasiya yayıb.

 

Bildirilib ki, qərar ABŞ-ın 300 milyard dollar dəyərindəki Çin mallarına 10% əlavə vergi tətbiq etməsindən sonra qəbul edilib.

 

Açıqlamada qeyd olunub ki, bu əlavə vergi Çin prezidenti Si Çinpin ilə ABŞ prezidenti Donald Tramp arasında imzalanan konsensusu ciddi şəkildə pozur.

 

Qeyd edək ki, Çin ABŞ-dan soya lobyası, pambıq, buğda, donuz əti idxal edir.

 

Xatırladaq ki, ABŞ-la Çin arasındakı ticarət savaşı bir çox sahələri əhatə edir.

 

Mənbə: Publika.az 

Yoxlama kodu:92260
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019