"Neftçi"nin “Bney Yehuda” ilə oyunlarının vaxtı açıqlandı

Bölmə:
İdman ›
Tarix:
02.08.2019
Oxunub:
214 dəfə

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.

 

"Oxucu" informasiya verir ki, ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

 

Xatırladaq ki, "Neftçi" Tula "Arsenal"ına qalib (1:0, 3:0) gələrək növbəti mərhələyə yüksəlib.

 

Mənbə: Qol.az

Yoxlama kodu:21702
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019