Mahir İspaniyadan təklif alması haqda: "Qurban Qurbanovla məsləhətləşəcəm"

Bölmə:
İdman ›
Tarix:
01.08.2019
Oxunub:
159 dəfə

"Hazırda "Qarabağ"ın futbolçusuyam və bu klubun uğurları üçün çalışıram".

 

"Oxucu" informasiya verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Dundalk”la cavab oyunundan (3:0) sonra jurnalistlərə açıqlamasında deyib.

 

Millimizin hücumçusu İspaniyanın “Malaqa” və “Estremadura”a klublarının onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, ölkə xaricində oynamağı arzulayır: "Bu barədə mənim menecerimlə əlaqə saxlasanız daha doğru olar. İspaniya ikinci liqası olmasına baxmayaraq, burada köklü klublar var. Həm də səviyyə baxımından bizim çempionatdan üstündür. "Estremadura" və "Malaqa" arasında seçim etsəm, deyə bilərəm ki, "Malaqa" daha tanınmışdı. Ancaq mən sonda oynaya biləcəyim klubu seçərdim. Orada oynamasam, milli komandaya fayda verə bilmərəm. Bütün bunlar mənim verəcəyim qərar deyil. Belə bir şey varsa, öncə Qurban Qurbanov, köməkçi məşqçilər və Rəşad Sadıqovla məsləhətləşərəm".

 

Qeyd edək ki, Mahir Emreli ilə İspaniyanın "Estremadura" və "Malaqa" klublarının maraqlanması haqda xəbərlər yayılıb.

 

Mənbə: Qol.az

Yoxlama kodu:80834
Müharibə elan edildi 11:56 07 Oct 2019