Poqrebinskiy: "Eks-prezident İstanbuldan Dubaya uçdu, orda da yox olacaq..."

Bölmə:
Dünya ›
Tarix:
31.07.2019
Oxunub:
35 dəfə

Ukraynanı tərk eləmiş sabiq prezident Petro Poroşenko ölkəyə qayıtmaya bilər.

 

"Oxucu" informasiya verir ki, bu sözləri politoloq Mixail Poqrebinskiy "NewsOne" telekanalına açıqlamasında deyib:

 

"Məndə belə bir fikir yaranıb ki, Poroşenko geri qayıtmayacaq. O, İstanbuldan Dubaya uçub, ordan da birdəfəlik yox ola bilər".

 

Politoloq korrupsiyada ittiham olunan prezidentin ölkədən belə rahatlıqla çıxmasına hiddətini bildirib.

 

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Petro Poroşenko iyulun 29-da ailəsi ilə birlikdə İstanbula gedib. O, dövlət mühafizə xidmətindən imtina edib.

 

Petro Poroşenko İstanbulda barəsində hər hansı cinayət işinin qaldırmadığını iddia edən bəyanat verib.

 

Mənbə: Teleqraf.com

Yoxlama kodu:42724