Həyatı boyu 6 min qadınla eşq yaşadı

Bölmə:
Maraqlı ›
Tarix:
31.07.2019
Oxunub:
173 dəfə

1955-ci il oktyabrın 20-də İtaliyada doğulan Maurizio Zanfanti 17 yaşından 63 yaşınadək 6 min qadınla eşq həyatı yaşayan bir “playboy”dur.

 

"Oxucu" informasiya verir ki, Rimiri Romeo adıyla tanınan Zanfanti 1970-ci illərdə İtaliyanın sahil şəhərlərindəki gecə klublarının təşkilatçısı kimi məşhurlaşmağa başlayıb.

 

Bu müddət ərzində 6 min qadınla bərabər olan Zanfanti “Gecələrin əfsanəsi” kimi də tanınırdı.

 

Birlikdə olduğu bütün qadınları sevdiyini deyən italyan “playboy” təkcə bir yay fəsli ərzində 200 qadınla yatdığını iddia etmişdi. 70-ci illərdə Rimini şəhərinin ən populyar klublarından biri olan “Patlat”da məşhurluğun zirvəsinə qalxan Zanza ləqəbli “playboy”un qapısını həyatı boyunca onlarla qadın döyüb və uşağının atası olduğunu iddia edib.

 

Sadəcə uşağının atası olduğu iddiası ilə yox, daha əvvəl birlikdə olduğu qadınların yenidən sevgili olmaq istədiyini dilə gətirən Zanza demişdi: “Bəziləri çoxdan evləndi, hətta bəzilərinin qızları mənimlə görüşmək istəyir”.

 

Maurizio Zanfanti keçən il İtaliyanın Rimini şəhərində bir neçə ildir tanış olduğu 23 yaşlı bir turist qadınla cinsi əlaqədə olarkən ürək infarktından həyatını itirib. Rumın turist qadın 63 yaşlı Zanfantinin əlaqə vaxtı gözlənilmədən yerə yıxıldığını söyləmiş, evə gələn həkimlərin italyan “playboy”un çoxdan öldüyünü demişdi.

 

Mənbə: Teleqraf.com

Yoxlama kodu:45462
Müharibə elan edildi 11:56 07 Oct 2019