"Qarabağ" cavab oyununa çıxır

Bölmə:
İdman ›
Tarix:
31.07.2019
Oxunub:
170 dəfə

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

 

"Oxucu" informasiya verir ki, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edəcək. Görüş yerli vaxtla saat 21:00-da start götürəcək.

 

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, məğlub olan komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya)
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

 

Mənbə: Qol.az

Yoxlama kodu:73850
Müharibə elan edildi 11:56 07 Oct 2019