Cəbhədə atəş kəsilmir

Bölmə:
Hərbi ›
Tarix:
30.07.2019
Oxunub:
277 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

 

"Oxucuinformasiya verir ki, Müdafiə Nazirliyi Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirir.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Kəngərli, Mərzili, Füzuli rayonunun Qərvənd, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Yoxlama kodu:31647
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019