Ermənilər “Hərbi tibbi yardım” maşınızımı atəşə tutdu-FOTOLENT

Bölmə:
Hərbi ›
Tarix:
29.07.2019
Oxunub:
321 dəfə

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

 

Oxucuinformasiya verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə,2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulmuşdur.

 

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəymişdir.

 

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:49435
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019