Bakıda qatar taksini vurub, 5 nəfər xəsarət alıb

Bölmə:
Hadisə ›
Tarix:
29.07.2019
Oxunub:
49 dəfə

Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

 

"Oxucu" informasiya verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".

 

Mənbə: "Report"

Yoxlama kodu:85393