Dinləri təhqir edənlər 750 manat cərimələnəcək-YENİ QƏRAR

Bölmə:
Dünya ›
Tarix:
29.07.2019
Oxunub:
193 dəfə

İctimai məkanda hər hansı bir dinin müqəddəs dəyərlərini təhqir edən şəxs 400 avro (750 manata yaxın) cərimə ödəyəcək.

 

"Oxucu" informasiya verir ki, bu qərarı İtaliyanın Saonara bələdiyyəsi qəbul edib.

 

Padova şəhərinin 10 min nəfər əhalisi olan Saonarada müqəddəs dəyərləri təhqir etmək və ya söyüşlü danışmaq ictimai tərbiyəni pozan əlamətlər kimi qəbul olunur.

 

Bələdiyyə sədri Uolter Ştefan bunun yalnız dini deyil, mədəni problem olduğunu və Allah üçün də, Budda üçün də, Məhəmməd üçün də keçərli olduğunu bildirib. Qeyd edib ki, qərarı verməkdə niyyəti əxlaq dərsi keçmək deyil, 18 yaşdan aşağı şəxslərin pis vərdişlərdən uzaq qalmasını təmin etməkdir.

 

Bundan başqa, qəsəbədə müəyyən saatlarda səs-küylü şəkildə çəmənlik biçmək, itləri xaltasız gəzdirmək. zibilləri zibilqabından başqa yerlərə atmaq kimi hərəkətlər də cəzalandırılır.

 

Qeyd edək ki, İtaliyada dinləri təhqir etmək 1999-cu ildə cinayət məcəlləsindən çıxarılıb, lakin bunu edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur.

 

Mənbə: Publika.az

Yoxlama kodu:58034
Müharibə elan edildi 11:56 07 Oct 2019