Baş nazir hesabat verəcək

Bölmə:
Dünya ›
Tarix:
29.07.2019
Oxunub:
180 dəfə

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlamentin payız sessiyasında illik hesabatla çıxış edəcək.

 

"Oxucu" informasiya verir ki, hökumət başçısı ilə yanaşı payız sessiyasında Gürcüstanın baş prokuroru və ombudsmanı da illik hesabat təqdim edəcəklər.

 

Hər üç hesabat qanunverici orqana yaz sessiyasında təqdim olunsa da, onların müzakirəsi baş tutmayıb.

 

Prosedur qaydalarına əsasən, baş nazir illik hesabatla iyun ayının sonuna qədər parlamentdə çıxış etməli idi. Lakin iyunun 20-21-də Tbilisidə baş verən hadisələrlə əlaqədar olaraq hökumət başçısının çıxışı təxirə salınıb.

 

Qeyd edək ki, qonşu ölkənin qanunverici orqanının payız sessiyası sentyabr ayının ilk çərşənbə axşamı günü başlayır, dekabrın üçüncü cümə günü başa çatır.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:27372
Müharibə elan edildi 11:56 07 Oct 2019