YAP təşkilatında şura iclası keçirilib-FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
23.07.2019
Oxunub:
204 dəfə

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı növbəti şura iclası keçirmişdir.

 

Oxucu informasiya verir ki, Şurada altı ayda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir.

 

Naxçvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeni Azərban Partiyası Şərur Rayon Təşkilatının Sədri Əmir Babayev məruzə etmiş, Azərbaycanda, o cümlədən muxtar respublikamızda gedən quruculuq-abadlıq tədbirləri barəsində danışmışdır.

 

Sonra Ə.Babayev Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının altı aylıq fəaliyyəti diqqəti cəlb etdiyini bildirmiş və bu müddətdə təşkilatın şura və idarə heyətinin üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatında olub, partiya üzvləri və sakinlərlə görüşüdüyünü, onların problem və qayğılarla maraqlandığını qeyd etmişdir.

Sonra Əmir Babayev vurğulamışdır ki, partiyanın rayon təşkilatının xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinin 50-ci, Naxçvan Muxtar Respublikasının 95-ci,Yeni Azərbaycan Partiuası, Şərur Rayon Təşkilatı yaradılmasının 26-cı ilinə həsr olunmuş elmi-praktik konfranslar, Respublika Günü, Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçrildiyini və bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışmış, belə tədbirlərdə hər bir partiya üzvünün fəallıq nümayiş etdirməli olduğunu diqqətə çatdırmışdır.

 

İclasda çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan keçdiyi şərəfli yoldan danışaraq, Azərbaycanda, eləcə də muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan bəhs etmiş, qazanılmış hər bir müvəffəqiyyətin kökündə artıq özünü əsl xalq partiyası kimi təsdiqləmiş Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsinə uyğun fəaliyyəti dayandığını qeyd etmiş partiyamızın yaradıcısı, onun daimi və əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri YAP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbov tərəfindən bölgənin günü-gündən çiçəklənməsi, tərəqqisi və hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirmişdir.

 

Şura iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Ali Məclisin deputatı Anar ibrahimov YAP Şərur Rayon Təşkilatının ümummilli lider Heydər Əliyevin iştirakı ilə Azərbaycanın rayonları arasında ilk dəfə 1993-cü il yanvarın 23-də təsis edildiyini xatırlatdı, bu tarixin əlamətdar hadisə kimi daim yadda qalacağını bildirdi. Qeyd etdi ki, hesabat dövründə Şərur rayonunda partiya üzvlərinin artımında əvvəlki dinamikanın qorunmasından, ilk növbədə, iqtidar partiyası kimi əhalinin bu siyasi qüvvəyə inam və etibarı haqqında və təşkilatda ideloji işin və onun metodlarının daim təkminləşdirilməsi barədə danışmışdır.

 

Sonra Məruzə ətrafında Şərur Rayon maliyyə İdarəsi, Meliorasiya və Su Təsərrüfatı İdarəsi, İbadulla kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Mirməhəmməd Seyidov, Razi Hüseynov, Baxşəli Abdullayev çıxış etmişlər.Sonda Qərar layihəsini YAP Şərur Rayon Təşkilatının aparıcı təlimatçısı Cahandur Məhərrəmov oxumuş və qərar səsə qoyularaq qəbul olunmuşdur.

Yoxlama kodu:94161