Qaçaqmalçılığın qarşısı alınıb-FOTOLENT

Bölmə:
Hadisə ›
Tarix:
23.07.2019
Oxunub:
264 dəfə

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Oxucu informasiya verir ki, DGK-nın yaydığı məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Vaz 2106" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

 

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd "Marlboro", 3400 ədəd "King" markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd "Jameson" markalı spirtli içkilər və üzərində "Mega Max" yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.

 

Faktlarla bağlı araşdırma aparılır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:22997
Prezident Musa Yaquba ev verdi 12:19 07 Nov 2019
AVRO-2020 İTV-də 16:41 05 Nov 2019