Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı 3 dəfə çoxalıb

Bölmə:
Dünya ›
Tarix:
23.07.2019
Oxunub:
173 dəfə

Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə Qaydar adına Siyasi-İqtisadi İnstitutun araşdırmasında bildirilib.

 

Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin uyğun dövründə 4,9 min nəfər olub.

 

Cari il iyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. Rusiya ən çox miqrasiya edənlər Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayana ən çox miqrasiya edən isə Ermənstan vətəndaşlarıdır.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:45831
Müharibə elan edildi 11:56 07 Oct 2019