Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib

Bölmə:
Hərbi ›
Tarix:
17.07.2019
Oxunub:
61 dəfə

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

 

"Oxucu" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informasiya verir ki, tplantıya cəlb edilən zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Fiziki hazırlıqdan və müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər.

 

Təlim-metodiki toplantının sonunda tabor, divizion komandirləri və onların müavinləri gecə şəraitində döyüş atışlı təlim zamanı bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:83560