Ayaz Hüseynov: "Təşəkkür edirəm, cənab Prezident"-FOTOLENT

Bölmə:
Cəmiyyət ›
Tarix:
11.07.2019
Oxunub:
68 dəfə

Bir sıra jurnalistlər, mətbuat işçiləri, QHT nümayəndələri, Milli Məclis deputataları və eyni zamanda Cumhuriyyət araşdırmaçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.

 

"Kəpəz" Televizisyasının əməkdaşı, jurnalist Ayaz Hüseynov təltif olunmasını Oxucuya şərh edərkən dedi ki, bunu, dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğısı kimi qəbul edir: "Prezidentimiz cənab İlham Əliyev tərəfindən, yüksək dövlət mükafatına layiq görüldüyüm üçün mìnnətdarlıq hissimin həddi-hüdudu yoxdu. Təşəkkür edirəm, cənab Prezident. Bu tək mənim yox, başda hörmətli Fuad Cabarov olmaqla bütün “Kəpəz” TV kollektivinin və Gəncəmin uğurudu. Göstərilən etimadı doğruldacağıma söz verirəm".

 

Qeyd edək ki, medalları Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən təqdim edilib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:37132