Polislər qalib oldu

Bölmə:
İdman ›
Tarix:
13.06.2019
Oxunub:
31 dəfə

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 İyun Milli Qurtuluş Günün”nə Həsr olunmuş idarə və müəssisələrdə işləyən gənclər arasında Mini Futbol üzrə Şərur Rayon birinciliyi keçirilib.

 

Oxucu informasiya verir ki, 07 -12 iyun tarixlərində keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Deputatı,YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Şərur Rayon Olimpia İdman Kompleksinin direktoru Ramil Dadaşov İştirak ediblər. Əmir Babayev muxtar respublikamızda İdmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib, eləcədə, Şərur rayonunda da beynəlxalq səviyyəli idmançıların yetişdiyi və onlar üçün yüksək şəraitin yaradıldığı haqqında məlumat verib. O, yarışın qaliblərini təbriki edib.

 

13 komandanın iştirak etdiyi yarışda I-ci yerə Şərur Rayon Polis Şöbəsi, II-ci yerə Şərur Rayon Vergilər İdarəsi, III-cü yerə Şərur Şəhər Fizika Riyaziyyat Təmayülü Liseyi laiq görülüb.

 

Qaliblər kubok və diplomlarla mükafatlandırılıb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:56202