Şuranın dəstəyi ilə Qubada peyntbol turniri keçirilib

Bölmə:
Cəmiyyət ›
Tarix:
03.06.2019
Oxunub:
293 dəfə

Şuranın dəstəyi ilə Qubada peyntbol turniri keçirilibAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Quba rayonunda peyntbol üzrə turnir keçirib.

 

"Oxucu" informasiya verir ki, rəsmi hissədə çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında əyləncəli öyrənmə üsulları ilə şanlı hərb tariximizin, sərkərdələrimizin, ordu quruculuğumuzun təbliği, milli qəhrəmanlarımızın tanıdılmasına nail olmaq, eləcə də hərbi taktika, strategiya, döyüş hazırlığı kimi vərdişləri əyləncəli oyun vasitəsilə gənclərə aşılamaqdır. Natiq onu da bildirib ki, 3 ay davam edəcək layihədə ümumilikdə 300 nəfərə yaxın gəncin iştirakı nəzərdə tutulub.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Eynulla Xeyrullayev bu kimi layihələrə dəstək verməyin əhəmiyyətndən danışıb, ölkədə vətəndaş cəmiyyəti institutunun inkişafı istiqamətində ölkə başıçısı cənab İlham Əliyevin yaratdığı imkanları vurğulayıb və Şuranın bu istiqamətdəki fəaliyyətlərdən bəhs edib.

 

Rəsmi hissədən sonra ümumilikdə Quba şəhərini və kəndlərini təmsil edən 10 komandanın iştirakı ilə turnirə start verilib.

 

Olimpiya sistemi üzrə keçirilən turnirdə tələbələrdən ibarət “Vəhşi diviziya” komandası qalib adını qazanıb. ASAN könüllüləridən ibarət peyntbolçular ikinci, Quba rayon Qəcərzeyid kəndini təmsil edən “Gürzə” komandası isə üçüncü olub.

 

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər.

 

Turnirdə iştirak edən 50 nəfər gəncin hər birinə layihə çərçivəsində hazırlanmış bukletlər və Azərbaycanın hərb tarixinə aid məlumat kitabçaları paylanılıb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:48923