Ermənistan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilib

Bölmə:
Dünya ›
Tarix:
03.06.2019
Oxunub:
59 dəfə

Bu gün sement idxalçıları Ermənistan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

 

"Oxucu" informasiya verir ki, iş adamları hökumətin yerli sement zavodlarının qorunması layihəsinə etiraz edirlər.

 

Ermənistan hökuməti sementə hər tona görə 22 min dram (45 dollar) əvəzinə 14 min dram (30 dollar) rüsum təyin etməyi təklifi verib. Bu cür tədbir bazarı İrandan idxal olunan və dəyəri çox aşağı olan sementdən qorunmaq üçün təklif edilir.

 

"Lakin belədə bütün sement biznesi bir şirkətin əlinə keçəcək, məlumdur kimin", - etirazçılar deyirlər. Onlar rüsumu ləğv etməyi və ya ən azından onu yenidən nəzərdən keçirməyi tələb edirlər.

 

Ermənistanda iki sement zavodu var və burada, təqribən, 1500 nəfər çalışır. Qanun layihəsinə qarşı olanlar onu deputat və Ermənistanın ən böyük iş adamlarından biri olan Qaqik Tsarukyanın sifarişi adlandırırlar.

 

Mənbə: "Report"

Yoxlama kodu:86268