Azərbaycanda 9 aylıq qızın ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

Bölmə:
Hadisə ›
Tarix:
03.06.2019
Oxunub:
309 dəfə

Dünən Mingəçevirdə 9 aylıq uşağın boğularaq ölməsi hadisəsinin təfərrüatları məlum olub.

 

"Oxucu" informasiya verir ki, şəhərin H.Əliyev prospekti 43 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yaşayan, Hacıqabul rayonundan kirayəşin olan ailənin 9 aylıq qızı Dənizin ehtiyatsızlıq nəticəsində öldüyü müəyyənləşib.

 

Belə ki, ana 9 aylıq qızını çarpayıda yatızdıraraq məbəxə keçib və ev işləri ilə məşğul olub. Bir müddət sonra otağa daxil olan qadın uşağın üstünə yastığın aşdığını, onun boğularaq öldüyünü görüb. Sarsıntı keçirən qadın qışqırmağa başlayıb və hadisə yerinə qonşular gəlib. Qonşuluqda yaşayan qadın körpəni xəstəxanaya aparsa da, artıq onun keçindiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Publika.az

Yoxlama kodu:71634