“LADA” və “Shacman” toqquşub-ÖLƏN VAR

Bölmə:
Hadisə ›
Tarix:
03.06.2019
Oxunub:
260 dəfə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

 

"Oxucu" FHN mətbuat xidmətinə istinadən informasiya verir ki, Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:20112