Qonşumuzdan ŞOK XƏBƏRDARLIQ

Bölmə:
Dünya ›
Tarix:
03.06.2019
Oxunub:
173 dəfə

İranla müharibədən ABŞ iqtisadiyyatı ciddi zərər görəcək, çünki neftin qiyməti dərhal kəskin artacaq.

 

"Oxucu" informasiya verir ki, bunu İranın ali dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi bildirib.

 

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatını düşünürsə, İranla müharibəyə başlamayacaq. İran İslam İnqilabı Keşikçilər Korpusunun keçmiş komandanı, general hesab edir ki, Fars körfəzində atılacaq ilk güllə neftin bir barelinin qiyymətinin 100 dollardan yuxarı qalxmasına səbəb olacaq.

 

“Bu, ABŞ və Avropa ilə yanaşı, Vaşintonun Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri üçün dözülməz olacaq. Bütövlükdə, müharibənin çox ağır nəticələri olacaq”, - general vurğulayib.

 

Mənbə: Publika.az

Yoxlama kodu:44177