Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ-FOTOLENT

Bölmə:
Cəmiyyət ›
Tarix:
31.05.2019
Oxunub:
266 dəfə

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

 

"Oxucu" informasiya verir ki, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

 

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

 

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Mənbə: Publika.az

Yoxlama kodu:31309