Prezidentlər təkbətək görüşüb

Bölmə:
Siyasət ›
Tarix:
31.05.2019
Oxunub:
134 dəfə

Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

 

Oxucu informasiya verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb

 

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirildi.

 

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Yoxlama kodu:23397