Pavol Şafranko: Azərbaycanla oyun asan olmayacaq

Bölmə:
İdman ›
Tarix:
31.05.2019
Oxunub:
303 dəfə

"İordaniya və Azərbaycanla oyunlar asan olmayacaq. Belə səviyyəli komandamızla hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz".

 

"Oxucu" informasiya verir ki, bu sözləri Slovakiya millisinin futbolçusu Pavol Şafranko İordaniya ilə yoxlama oyunu və Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla matç öncəsi deyib.

 

Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan 24 yaşlı hücumçu bildirib ki, seçmə mərhələdə Azərbaycanla görüş uğur qazanmaq baxımından vacibdir: "Fiziki və psixoloji cəhətdən yaxşı istirahət etmişəm. Yeni mövsümə hazıram".

 

Qeyd edək ki, Slovakiya iyunun 7-də Trnavada İordaniya, 11-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.

 

Mənbə: Qol.az

Yoxlama kodu:46714
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019