“Qəbələ”, “Neftçi” və “Səbail”in bütün potensial rəqibləri

Bölmə:
İdman ›
Tarix:
31.05.2019
Oxunub:
263 dəfə

Azərbaycanı Avropa Liqasında təmsil edəcək bütün klublarımızın potensial rəqibləri müəyyənləşib.

 

"Oxucu" informasiya verir ki, ölkə kubokunun qalibi “Qəbələ” mübarizəyə ikinci, gümüş və bürünc mükafatçı “Neftçi” ilə “Səbail” isə birinci mərhələdən başlayacaq.

 

Təsnifar mərhələlərində Azərbaycan klubları Ermənistan təmsilçiləri və bir-biri ilə qarşılaşmayacaq.

 

Birinci mərhələdə 94 klub mübarizə aparacaq. “Neftçi” və “Səbail” “səpələnmişlər” səbətində yer alacaq. Onların “səpələnməmişlər” səbətində yer alan potensial rəqibləri aşağıda adları qeyd olunanlardır (Ermənstanın “Banans” və “Lori” komandaları istisna olmaqla):

 

«Universitatya» (Rumıniya), «Dunayska Streda» (Slovakiya), «Rujomberok» (Slovakiya), «Torsxavn» (Farer adaları), «Çixura» (Gürcüstan), «Titoqrad» (Çernoqoriya), «Mura» (Sloveniya), «Debretsen» (Macarıstan), «Torpedo» (Gürcüstan), «Milsami» (Moldova), «Qonved» (Macarıstan), «Flora» (Estoniya), «Liepaya» (Latviya), «Xaybernians» (Malta), «Reykyavik» (İslandiya), «Baltsan» (Malta), «Lyaçi» (Albaniya), «Şemrok Rovers» (İrlandiya), «Şiroki Brieq» (Bosniya i Herseqovina), «Konnas Kuey» (Uels), «Sent-Patrik» (İrlandiya), «Şkupi» (Şimali Makedoniya), «Akademiya Pandev» (Şimali Makedoniya), «Makedoniya Qerçe Petrov» (Şimali Makedoniya), «Petrokub» (Moldova), «Sperantsa» (Moldova), «Teuta» (Albaniya), KuPS (Finlandiya), RoPS (Finlandiya), «İnter» (Finlandiya), «Breydablik» (İslandiya), «Radnik» (Bosniya və Herseqovina), «Stumbras» (Litva), «Riqa» (Latviya), «Jeness» (Lüksemburq), «Qzira Yunayted» (Malta), «Trans» (Estoniya), «Zeta» (Çernoqoriya)

 

Həmçinin ilkin mərhələdə, proqnozlara görə, favorit kimi reytinqi yüksək olan aşağıdakı 7 komanda:

 

«Lya Fiorita» (San-Marino), «Proqres» (Lüksemburq), «Kliftonvill» (Şimali İrlandiya), «Avropa» (Cəbəlli-Tariq), «Runavik» (Farer adaları), «Klaksvik» (Farer adaıarı), «Priştina» (Kosovo).

 

Birinci və ikinci mərhələnin püşkatma mərasimi iyunun 19-da keçiriləcək. İkinci mərhələdə 74 komanda yarışacaq. “Qəbələ” “səpələnmişlər”, “Neftçi” və “Səbail” isə “səpələnməmişlər” səbətində yer alacaqlar.

 

“Qəbələ”nin rəqibləri bu komandalardan biri olacaq:

 

AEL (Kipr), «Hakken» (İsveç), «Vitorul» (Rumıniya), «Legiya» (Polşa), «Lokomotiv» (Bolqarıstan), həmçinin 1-ci mərhələdəki 29 cütün reytinqi yüksək olan favoritləri:

 

«Zrinski» (Bosniya və Herseqovina), «Kayrat» (Qazaxıstan), «Kukesi» (Albaniya), «Radniçki» (Serbiya), «Çukariçki» (Serbiya), «Kilmarnok» (Şotlandiya), «Şaxtyor» (Belarus), «Vitebsk» (Belarus), «Domjale» (Sloveniya), «Kruzeyders» (Şimali İrlandiya), «Ventspils» (Latviya), «Styarnan» (İslandiya), «Norçepinq» (İsveç), «Xoqesund» (Norveç), «Brann» (Norveç), «Vaduts» (Lixtenşteyn), «Fola» (Lüksemburq), «Tobol» (Qazaxıstan), «Ordabaşi» (Qazaxıstan), «Krakoviya» (Polşa), «Olimpiya» (Sloveniya), «Kork Siti» (İrlandiya), «Dinamo» (Gürcüstan), «Makkabi» (Hayfa, İsrail), SSKA (Bolqarıstan), «Levski» (Bolqarıstan), «Trakai» (Litva), «Buduçnost» (Çernoqoriya), «Levadiya» (Estoniya).

 

Mənbə: Qol.az

Yoxlama kodu:15989