Ayaqqabı qoxusunu necə aradan qaldırmaq olar?

Bölmə:
Maraqlı ›
Tarix:
31.05.2019
Oxunub:
343 dəfə

Temperaturun artması ilə yavaş-yavaş corabsız ayaqqabılar geyinmək vaxtı da gəlir. "Oxucu" informasiya verir ki, bu dönəmdə hər kəsin qorxduğu bir problem ortaya çıxır: qoxu. Yayılan bu qoxu sizin ayaqlarınızın üzərində yaşayan bakteriyalardan gəlir və onlar siz ayaqlarınıza bu bakteriyalara qarşı başqa bir vasitə tətbiq etməyənə qədər ayaqlarınız üzərində yaşayıb böyüməyə davam edirlər. Bu səbəbdən, istər qışda geyinilən, istər yastıdaban, istərsə də corabla geyindiyiniz idman ayaqqabılarınızda təmiz bir qoxu yaratmaq üçün bəzi üsullardan yararlana bilərsiniz.

 

Ayaq qoxusuna bir çox şey səbəb ola bilər: eyni cüt ayaqqabının çox istifadə edilməsi, bakteriya, göbələk infeksiyası və ya təmiz hava çatışmazlığı.

 

Ayaqlarınızı yaxşıca yuyun

 

Ayağınızdakı bakteriyalar çoxalmağa davam edir. Buna görə də bakteriyaların yaratdığı utandırıcı iy ilə mübarizə aparmaq üçün ayaqlarınızı yumalısınız. Duşda, ayaqlarınıza, ən əsas da barmaqlarınızın arasına sabun tətbiq etməyi unutmayın və duşdan ayrıldıqda ayaqlarınızın tamamilə quruduğundan əmin olun.

 

Ardıcıl iki gün eyni ayaqqabıları geyinməyin

 

Hamımızın ən çox sevdiyi və hər gün geyinmək istədiyi ayaqqabılarımız var, ancaq eyni ayaqqabıları iki gün ard-arda geyinmək ayaq qoxusunu artırır. Səbəb nədir? Ardıcıl keçən günlər ayaqqabılarınıza əvvəlki günün istifadəsindən qalan nəmliyinin tamamilə quruması üçün kifayət qədər vaxt vermir.

 

Ayaq pudrası tətbiq edin

 

Nə iş görməyinizdən asılı olmayaraq, ayaqlarınızın tərləməsinin qarşısının alınması vacibdir. Bunun üçün ayaqqabı geyindiyiniz zaman ayaqlarınıza ayaq pudrası tətbiq edə bilərsiniz. Bununla da ayaqlarınız (və ayaqqabılarınız) bütün gün quru qalacaq.

 

Soda + qəhvə filtrləri

 

Soda bütün evlərdə istifadə olunan bir vasitədir və ayaqqabılarınızı deodorize etmək üçün istifadə edilə bilər. Etməniz lazım olan sadəcə istifadə edilməmiş qəhvə filtrini soda ilə doldurur və hər hansı bir bant və yapışdırıcı bir vasitə ilə bağlayın. Paketi günün sonunda hər bir ayaqqabının içinə qoyun. Soda bir gecədə qoxunu yox etməyə kömək edəcək.

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:18274
Müharibə elan edildi 11:56 07 Oct 2019