Nigar Camal seksual rəqsi ilə...-VİDEO

Tarix:
31.05.2019
Oxunub:
396 dəfə

"Eurovision" qalibi Nigar Camal "Я в твоём плену" ("Sənin əsirinəm") adlı klipini təqdim edib.

 

"Oxucu" informasiya verir ki, ulduzun Kiyevdə çəkdirdiyi klip 45 min manata başa gəlib. Klipdə cəlbedici səhnələri və rəqsləri ilə ilə diqqət çəkən Nigar Camal çəkilişlərdə yaşanan çətinliklərdən danışıb:

 

"Suda çəkilən səhnələrdə temperatur aşağı idi, bu, bir az çətinlik yaratdı. Bir də bədənimin rəngləndiyi yerlər var idi. Sonradan rəngləri çıxarmaq xeyli vaxt apardı".

 

Qeyd edək ki, sözləri Fərid Pənahova, musiqisi "Flaminque Recordsa" aid mahnını ukraynalı rejissor Aleks Lamakh ekranlaşdırıb.

 

Klip təqdimatının qonaqları arasında aktrisa Oksana Rəsulova, müğənni Eldar Qasımov, aparıcı Ranar Musayev, Kamilə Babayeva və başqaları olub.

Mənbə: Publika.az

Yoxlama kodu:15381
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019