Ermənistanın 11 döyüş maşını MƏHV EDİLDİ

Bölmə:
Dünya ›
Tarix:
31.05.2019
Oxunub:
258 dəfə

Ermənistan ordusunda yeni insident qeydə alınıb.

 

"Oxucu" informasiya verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet hüquq-mühafizə orqanlarının keçirdiyi baxış zamanı ordu bölmələrindən birində xidmət edən zabitlərdən birinin benzin qaçaqmalçılığı ilə məşğul olduğunu müəyyən etdiklərini bildirib. Məlumata görə, zabit hərbi hissədəki 11 döyüş maşınından benzin oğurlayaraq, onların çənlərini su ilə doldurub:

 

“Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, bunun nəticəsində 11 döyüş maşınında texniki problemlər yaranıb və bu texnika ordunun arsenalından çıxarılıb. Hazırda məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb”.

 

Mənbə: Axar.az

Yoxlama kodu:63561