Azərbaycan əsilli müğənnidən şok İmamoğlu paylaşımı-VİDEO - FOTOLENT

Bölmə:
Dünya ›
Tarix:
31.05.2019
Oxunub:
162 dəfə

Milliyyətcə azərbaycanlı olan aktrisa və müğənnisi Tuğba Əkinçinin Cümhuriyyət Xalq Partiyasının İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

 

"Oxucu" informasiya verir ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu İnstaqramda paylaşaraq xarizmatik olduğunu qeyd edən Azərbaycan əsilli pop ulduz Əkrəm İmamoğlunu sərt tənqid edib.

 

Sahibkarlarla görüşündə İmamoğlunun mübahisə zəminində sadə vətəndaşa yumruq atdığına dair iddiaya diqqət çəkən müğənni “İnsanları tanımadan çox yüksəklərə qaldırdınız, bu da sizi üçün İmamoğlu. Budurmu çox səbrli, mədəni?!” qeydini yazıb.

 

İmamoğlunun sahibkarla dialoqunu paylaşan Tuğba Əkinçi CHP namizədinin ünvanına kəskin ifadələr səsləndirib: “Əkrəm İmamoğlu, özünü yaxşı insan olmaq üçün çox məcbur etmə. Necəsən elə də ol, cəsartin varsa, o əli tam qaldır. Videolarını izləmək istəməyən gənclərin qarşısında qorxaq olma, onlar sənə kəllə vurar, aşağı oturarsan”, - deyə qeyd edib.

Mənbə: Teleqraf.com

Yoxlama kodu:66750
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019