Şuranın maliyyə dəstəyi ilə yaradılan saytın təqdimatı keçirilib

Bölmə:
Cəmiyyət ›
Tarix:
31.05.2019
Oxunub:
247 dəfə

Şuranın maliyyə dəstəyi ilə yaradılan saytın təqdimatı keçirilibAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Uşaqların internet təhlükəsizliyini təmin etmək məqsədilə maarifləndirmə tədbirlərinin təşkilil" layihəsinə çərçivəsində həyata keçiriləcək UİT.az saytının təqdimatını keçirib.

 

"Oxucu" informasiya verir ki, ADİİM sədri Cavid Şahverdiyev əvvəlcə sayt haqqında tədbir iştirakçılarına qısa məlumat verib. QHT sədri bildirib ki, layihə mövzusunun günün aktual mövzularından biridir: "Məqsədimiz uşaqların internet təhlükəsizliyini təmin etmək istiqamətində onları, yeniyetmələri, valideynləri, ümumilikdə bütün cəmiyyəti maarifləndirməkdir”.

 

Layihə rəhbəri saytın strukturu barədə bilgi verərək qeyd edib ki, burada mütəxəssis rəy və təkliflərinə, tövsiyələrinə geniş yer ayrılıb: “Bundan başqa daxili imkanlarımız hesabına Bakının müxtəlif internet klublarında monitorunq və reportajların hazırlamaq, uşaqlarla birbaşa təmaslar, onların valideynləri, müəllimləri ilə görüşləri də fəaliyyət planına daxil etmişik”.

 

Daha sonra müzakirələr aparılıb. Tədbirdə iştirak edən jurnalistlər uşaqların zərəli və təhlükəli vərdişlərdən qorumaq üçün belə bir internet resursunun yaradılmasını vacib hesab ediblər.

 

NəzərMedia.az-ın rəhbəri Nəzərbəy Hacıağayev bildirib ki, bu gün uşaq və yeniyetmələrin internetdən milli-mənəvi dəyərlərimizə zidd olan informasiyalar, pis vərdişlərlə tanış olmaları bütünlükdə onlara yox, xalqımıza dəyən ziyandır: “Bunun qarşısını almaq üçün bütövlükdə hamımız maarifləndirici təbliğatlar aparmalıyıq. Bu işi təkcə hansısa layihə çərçivəsində yaradılan sayt yox, bütün media üzərinə götürməlidir”.

 

Çıxış edən araşdırmaçı jurnalist Elnur Eltürk isə qeyd edib ki, uşaqların internetdən zərərli vərdiş və təhlükəli məlumatlarla tanış olmaları, sonda onların müxtəlif cinayətlərə yol açmalarına şərait yaradır: “Bu, bütünlükdə cəmiyyətin bəlasıdır. Ona görə də, media hər gün bu sahədə maarifləndirici məlumatlar yaymalıdır. Uşaqlar, onların valideynləri, müəllimlər bu işə cəlb olunmalı və uşaqlara nəzarət edilməlidir”.

 

Jurnalist Əli Zülfüqaroğlu UİT.az-ın fəaliyyətinin böyük effekt verəcəyinə ümid etdiyini qeyd edib: “Ümid edirəm ki, bu sayt daim fəaliyyət göstərəcək, çünki uşaqlarımızı maarifləndirmək gələcəyimizi qurmaq, təhlükə və bəlalardan qorumaq deməkdir”.

 

Şuranın maliyyə dəstəyi ilə yaradılan saytın təqdimatı keçirilib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:39476