ABŞ-ın hərbi sənayesi çökə bilər

Bölmə:
Dünya ›
Tarix:
31.05.2019
Oxunub:
238 dəfə

ABŞ və Çin arasında ticarət münasibətlərinin gərginləşməsi ABŞ-ın Müdafiə Nazirliyini (Pentaqon) hərəkətə keçirib.

 

"Oxucu" informasiya verir ki, Pentaqon hökumətdən Çindən aldığı müdafiə sənayesində istifadə olunan və təbiətdə nadir şəkildə tapılan kimyəvi elementlərin yerli istehsalı ilə bağlı federal büdcə tələb edib.

 

Nazirlik nadir tapılan kimyəvi elementlərlə bağlı sənədi Ağ ev və Konqresə təqdim edib. Sənədin detalları açıqlanmasa da, təbiətdə nadir tapılan elementlərin əksər qisminin Çindən alınmasının əhəmiyyətli dərəcədə risk daşıdığı vurğulanıb.

 

Pentaqonun mətbuat katibi Mayk Endryus açıqlamasında bildirib ki, nazirlik ABŞ-ın xam maddə bazarındakı rəqabət gücünü yaxşılaşdırmaq üçün prezident, Konqres və ABŞ sənayesi ilə ortaq siyasət yürüdür.

 

Qeyd edək ki, sözügedən elementlər qırıcı motoru, peyk və lazer sistemi başda olmaqla, çox sayda əhəmiyyətli hərbi təchizatın istehsalında istifadə olunur.

 

ABŞ 2004- 2017-ci illərdə bu elementlərin 80%-ni Çindən idxal edib. Çin bu məsələdə hər hansı məhdudiyyət tətbiq etməyəcəyini açıqlamayıb. Lakin məsələ mətbuatda geniş əks-səda doğurub.

 

Mənbə: Publika.az

Yoxlama kodu:18189