Prezidentin köməkçisi həyat yoldaşını öldürdü

Bölmə:
Siyasət ›
Tarix:
29.05.2019
Oxunub:
233 dəfə

İranın sabiq prezident köməkçisi və Tehranın sabiq bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirib.

 

"Oxucu" informasiya verir ki, İSNA-nın məlumatına görə, hazırda prezident Həsən Ruhaninin kabinetində yer alan Nəcəfi cinayəti özü etiraf edib. Baş prokurorluqdan verilən məlumata görə, cinayət ailə münaqişəsi zəmnində baş verib.

 

Qeyd edək ki, Mitra Nəcəfi paytaxt Tehranın şimalında yerləşən Səadətabad səmtindəki evində sinəsindən vurulmuş halda tapılmışdı.

 

"İnsafnews" xəbər saytının müxbiri Pərisa Salehi hadisənin baş verməsindən sonra sosial media hesabında “Nəcəfinin həyat yoldaşı dünən saytımıza zəng etdi və bizə müsahibə vermək istədiyini dedi. Bu gün ofisimizə gələcəkdi, amma eyni gün öldürüldü” sözlərini yazmışdı.

 

Xatırladaq ki, Əli Nəcəfi İranın sabiq prezidenti Əli Əkbər Həşimi Rəfsəncaninin dövründə Təhsil naziri vəzifəsində çalışıb. Bir müddət Ruhaninin köməkçisi kimi işlədikdən sonra 2017-ci ildə Tehranın bələdiyyə sədri seçilib. O, ötən il səhhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa vermişdi.

 

Mənbə: Publika.az

Yoxlama kodu:65937